Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Rəşad Əliyev Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində təşkil edilmiş “Azərbaycanda sağlamlıq turizminin inkişaf perspektivləri” mövzusunda panel müzakirələrində bildirib.
"Ümumilikdə Kəlbəcərdə 5 rekreasiya zonası olacaq. Bunlardan 2-də sağlamlıq turizminin inkişafı üçün çalışacağıq. Bundan əlavə, gələcəkdə İstisu və Zülfüqarlıya investisiya qoyuluşu potensialı olacaq", - deyə o qeyd edib.
İşğaldan azad edilmiş ərazilərdə sağlamlıq turizminin potensialının çox böyük olduğunu deyən R.Əliyev həmçinin deyib ki, gələn il Qarabağda sağlamlıq turizmi ilə bağlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək: "Tədbirə beynəlxalq ekspertlər cəlb olunacaq və dünya təcrübəsinə yiyələnmək üçün müzakirələr aparılacaq". (Report)