Azərbaycan Respublikası Qubadlı rayonunun Balasoltanlı kəndi Balasoltanlı kənd inzibati ərazi dairəsinə daxildir. Rayon mərkəzindən 25 km şərqdə, Qarabağ silsiləsinin ətəyində, Həkəri çayının sol sahilində yerləşir. Oykonim "Soltanlı yaşayış məntəqəsinin kiçik hissəsi" anlamındadır. Bu kəndi XIX əsrin ortalarında indiki Cəbrayıl rayonunun Soltanlı kəndindən gələn ailələr salmışdır. Tədqiqatçılar qeyd edirlər ki, kəndin adı şahsevənlərin Soltanlı tirəsinin adı ilə bağlıdır. Balasoltanlı kəndi 2020-ci il noyabrın 7-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
İsa Musayev