29.03.2025, 11:25
AZ EN
17.03.2023, 09:50 323

Qubadlı rayonu, Çərəli kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kəndi dağlıq ərazidə yerləşir. Çərəli toponimi ərazinin quraq olduğu üçün çərə, çöl mənasından yaradılmışdır. Bu yaşayış məntəqəsini Sofulu tayfasına mənsub ailələr salmışdır. Sofulular yayı keçmişdə Qərbi Azərbaycanın Qarakilsə rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onlar oturaq həyata keçdiyi üçün Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəlmişdir. Qazax rayonunun İkinci Şıxlı kəndində çərəlilər nəsli vardır. Ağstafa rayonunun Sadıxlı kəndində Çərəlinin dəyirmanı adlı mikrotoponim qeydə alınmışdır. Cənubi Azərbaycanda da eyniadlı kənd mövcuddur. Qubadlı rayonunun Çərəli kəndi tütünçülük və maldarlıqla məşğul olmuşlar.

İsa MUSAYEV

Oxşar xəbərlər