22.11.2024, 01:51
AZ EN
10.03.2023, 08:37 325

Qubadlı rayonunun Fərcan kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Fərcan kəndi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı rayonunun tərkibindədir. Dağətəyi ərazidə, rayon mərkəzindən 25 km cənubda yerləşən bu kəndin əsl adı Fərəcandır. Kənd keçmişdə Sarallı Fərəcan da adlanmışdır. Çünki bu kənd sarallı tayfasının qışlaq yerində salınmışdır. Yaşayış məntəqəsini Fərəcan nəslinə mənsub olan ailələr qurmuşdur. Məhz buna görə də toponim belə adlandırılmışdır. Nəslin adı isə Fərəc şəxs adından və cəmlik ifadə edən "an" şəkilçisinin birləşməsindən əmələ gəlmiş, mənası isə "fərəclər" deməkdir. Kənddə orta məktəb, Sovet idarəsi binası, kolxoz binası, ferma və s. fəaliyyət göstərmişdir. Fərcan kəndi 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.

İsa MUSAYEV

Oxşar xəbərlər

SON XƏBƏRLƏR