22.11.2024, 01:05
AZ EN
09.03.2023, 17:50 256

Laçın rayonunun tarixi abidələri

ŞƏRQİ ZƏNGƏZUR

Laçın rayonu tarixi keçmişi zəngin olan bir ərazidir. Burada olan abidələri eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndir. Tədqiqatçıların verdiyi məlumata əsasən burada olan abidələrin bir çoxu Qafqaz Albaniyası dövrünə aiddir. Belə qiymətli abidələrdən biri də Varazqun məbədidir. Məbəd II-V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və bizim dövrümüzə yalnız xarabalıqları qalıb. Qədim Alban məbədi olan Varazqun məbədi dördkünc planda və yüksək dağlıq ərazidə inşa edilib. Məbədin günbəzi və cənub divarı dağılıb.

Rayon ərazisi mürəkkəb relyefə, sərt iqlimə, keçilməz çay keçidlərinə, şəraitsiz dağ yollarına malik olduğu üçün həmin yerlərdə körpülər salınmışdır. Bu körpülər əsasən bir və yaxud iki tağlı körpülərdir. Onlardan biri də XV əsrdə Minkənd çayı üzərində salınmış ikitağlı körpüdür. Bundan başqa X əsrə aid Aşağı Fərəcan kəndindəki körpü, Zabux kəndində XIX əsrə aid birtağlı körpü də inşa edilmişdir. Onu da qeyd edək ki, Minkənd kəndində ikitağlı körpüdən başqa, birtağlı körpü də var. 28 il əsarətdə qalan tarixi abidələrin bir hissəsi  erməni vandalları tərəfindən dağıdılmışdır.

İsa MUSAYEV

Oxşar xəbərlər