01.07.2025, 16:37
AZ EN
14.12.2022, 10:07 421

Cəbrayıl rayonunun Qoşabulaq kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • AZƏRTAC İnformasiya Agentliyi işğal dövründə erməni vandalizminə məruz qalmış Qoşabulaq kəndinin görüntülərini təqdim edir. Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.

Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 2-də kəndi işğaldan azad edib.

Cəbrayıl rayonunun Qoşabulaq kəndi eyni adlı inzibati ərazi vahidində yerləşir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq olub.

Oxşar xəbərlər