Aşağı Sirik kəndi düzənlik ərazidə yerləşir. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Aşağı Sirik kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-da kəndi işğaldan azad edib.