21.11.2024, 23:57
AZ EN
16.05.2023, 22:18 265

Laçın rayonunun tarixi abidələri, Şəlvə sövməəsi

ŞƏRQİ ZƏNGƏZUR

Laçın rayonunun Şəlvə kəndinin mərkəzində yerləşən Şəlvə sövməəsi XV əsrdə tikildiyi güman edilən məbəddir. Tipinə görə alban məbədləri sırasına daxildir. Sovməə binası yerli bazalt daşlardan və əhəng-gəc qarışığından inşa edilmişdir. Tikintinin inşa strukturu ətraf ərazilərdə olan mərkəz tipli bazilikaya malik digər sovməələrlə səsləşir. Onlar arasında əsas fərq yalnız qurbangahın qapısının hər iki tərəfində keşiş cübbələrinin və kilsə avadanlıqlarının saxlandığı yerlərin mövcud olmasıdır. Sovməəyə giriş tikilinin qərb tərəfindədir. Sovməənin xaricdən uzunluğu 13,5, eyni isə 8,5 metrdir. Bu tarixi əhəmiyyətli sovməə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən dövlət tərəfindən 4741 saylı inventar kimi qeydiyyata alınmışdır.  Şəlvə sovməəsi dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin də siyahısına əlavə edilmişdir.

İsa Musayev

Oxşar xəbərlər