- Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində olan Tinli kəndi Həkəri çayının sahilində, dağətəyi ərazidə yerləşir. Yerli məlumata görə, kəndi Cəbrayıl rayonunun Tinli kəndindən köçüb gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Türk dillərində tirildin “sakinləşmək, yerləşmək, dincəlmək”, “düşərgə” mənalarında işlənir.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bu kənd də işğal dövründə erməni təcavüzünə məruz qalıb.
Tinli kəndi 2020- ci il noyabrın 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
Tahirə AĞAMİRZƏ