17.06.2025, 06:56
AZ EN
17.01.2024, 08:38 367

Cəbrayıl rayonu, Papı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Cəbrayıl Rayonunun Papı kəndi Gəyan çölündə yerləşir.

Kəndin keçmiş adı Dursunlu olmuşdur. Oykonim İranın Luristan əyalətində yaşayan lur tayfasının papı qolunun adı ilə bağlıdır. Yerli əhalinin məlumatına görə, əslində papılar ilə kəndin sakinləri arasında etnik əlaqə yoxdur. Yerli əhali keçmiş Qərar Dursun (indiki Qərar) kəndindən köçmüş azərbaycanlı ailələrdən ibarətdir. XIX əsrin əvvəllərinədək kəndin ərazisi İran papılarının qışlağı olmuş va Papı yeri adlanmışdı. Azərbaycanın şimalı Rusiyaya birləşdirildikdən (1928-ci il) sonra kəndin ərazisi Qərar Dursun kəndinin qışlağı olmuşdur. Sonralar burada salınan yaşayış məntəqəsi əvvəlcə Dursunlu, bir qədər sonra İsa Papı adlandırılmışdır.

Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 21 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR