08.09.2024, 07:08
AZ EN
10.06.2024, 09:00 246

Zəngilan rayonu, Aşağı Yeməzli kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində olan Aşağı Yeməzli kəndi dəğətəyi ərazidə yerləşir. Kəndin ərazisi əvvəllər Orta Yeməzli kəndinin qışlaq yeri olmuşdur. Əhali qışlaq yerinə köçərək məskunlaşdıqdan sonra yeni yaşayış məntəqəsini Qışdaqlı, daha sonra Aşağı Yeməzli adlandırmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponent isə atyeməzli etnoniminin qısaldılmış formasıdır.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir.

Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər