- Qubadlı rayonunun eyniadlı ərazi inzibati dairəsində olan Həmzəli kəndi Həkəri çayının sahilində yerləşir. Dəlilər Həmzəlisi adı ilə də tanınır. Yaşayış məntəqəsini vaxtilə indiki Qarakişilər kəndinə birləşmiş Həmzəli (Korlar Həmzəlisi) kəndindən çıxmış ailələr saldığı üçün belə adlanmışdır.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə erməni vandalları kəndi xarabalığa çevirmişlər.
Kənd 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Tahirə AĞAMİRZƏ