30.04.2024, 23:10
AZ EN
27.03.2024, 09:35 223

Cəbrayıl rayonu, Aşağı Maralyan kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Cəbrayıl rayonunun Karxulu inzibati-ərazi vahidində olan Aşağı Maralyan kəndi Araz çayının sol sahilində, düzənlikdə, rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.

Bəzi tədqiqatçıların fikrinə görə, Aşağı Maralyan yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və "maraluylular" mənasındadır. Başqa bir versiyaya görə isə "mara" - örüş, "li" - mənsubiyyət və "an" - məkan, yer bildirən şəkilçilərdən yaranmış və "örüşü olan yer" mənasını verir.

İşğaldan əvvəl kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.

1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. 

Kənd 2020-ci il oktyabrın 3-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər