Ustad memarın çatıra keçid karnizinin tektonik sərhəddinə tamamilə müstəqil yanaşması, türbəyə təkrarolunmaz görünüş bəxş etmişdir. Abidəni öyrənən tədqiqatçılar onun tarixini müəyyənləşdirərkən əsasən memarlıq xüsusiyyətlərinə istinad etmişlər. Ə. Salamzadənin fikrincə, türbənin tarixinə işarə edən əsas elementlərdən biri, giriş hissəsinin kiçik relyef portalı şəklində həll edilməsidir. Bu cür yanaşma, əsasən XVII əsr Azərbaycan türbələri üçün xarakterikdir. Portalı tamamlayan tağın forması da məhz həmin dövr üçün xarakterikdir. Öz təyinatı baxımından bu cür tağlar daha əvvəlki dövrlərdən məlum olsa da, məhz dekorativ element kimi yalnız XVII əsrdən sonra tətbiq edilmişlər. Ə. Salamzadə yazır ki, bir sıra xüsusiyyətlərinə görə Gürcülü türbəsi Azərbaycanın səkkizguşəli türbələri arasında unikal mövqeyə malikdir. Türbənin əsas diqqətçəkən xüsusiyyəti onun əsas memarlıq kütləsindən çadır formalı dam örtüyünə keçid hissəsidir. Memar, stalaktit formasını əsas götürmklə tromp formalı orijinal konstruksiya yaratmağa müvəffəq olmuşdur. Bu yolla o, səkkizguşəli plandan on altı guşəli çadır formalı dam örtüyünə keçidi üzük vasitəsiylə reallaşdırmağa müvəffəq olmuşdur. Ustad memarın çatıra keçid karnizinin tektonik sərhəddinə tamamilə müstəqil yanaşması, türbəyə təkrarolunmaz görünüş bəxş etmişdir. Memarın fikrinə əsasən, çadırın hər ox sərhəddi karnizin trompformalı naxışlarına uyğunlaşdırılmışdır. Belə həll forması türbənin hər iki hissəsini orqanik şəkildə birləşdirməyə imkan vermişdir. Bununla yanaşı, tətbiq edilmiş bu üsul, abidənin simasındakı plastiklik və yumşaqlığı formalaşdırmışdır. Memar, Səkkizguşəli çadırla tamamlanan səkkizguşəli türbələrə məxsus sərt həndəsi formalığı yuşaltmağa nail olmuşdur. Həmçinin, türbə memarı, özündən əvvəlki sənətkarlar tərəfindən yaradılmış memarlıq ənənələrini də saxlayaraq giriş hissəsini aşağı hündürlüklü qapı formasında həll etmişdir.
Tahirə AĞAMİRZƏ