21.11.2024, 21:00
AZ EN
23.09.2023, 10:08 242

Laçın rayonu, Tərxanlı kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Tərxanlı kəndi Azərbaycan Respublikasının Laçın rayonunun Mığıdərə kənd inzibati ərazi dairəsinə daxildir. Bu kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. Mənbələrin məlumatına görə Eyvazuşağı əhalisinin bir hissəsi Təbrizə gedərək, Cənubi Azərbaycanda Səttarxanın rəhbərlik etdiyi demokratik hərəkatda (1905 - 1911) iştirak etmişdir. Hərəkat yatırıldıqdan sonra çar hökuməti kənd camaatını sürgün etmiş, yaşayış məntəqəsi tamamilə dağıdılmışdır. Sovet hakimiyyəti illərində onların bir hissəsi geri qayıdaraq az müddət Qubadlı rayonunun Başarat inzibati ərazi vahidində yaşamış, sonra köhnə kəndlərinin yaxınlığındakı Tərxanyalı adlı sahəyə köçərək Tərxanlı kəndini salmışlar. Tərxanlı komponenti adlara başqa xalqların toponimiyasında da rast gəlinir. Tarxam kəndi Rusiya (Penza vilayəti), Tarxam kəndi (Saratov vilayəti), Darxan kəndi (Özbəkistan), Tarkan kəndi (Macarıstan), Darxan - Xandağı, Darxan şəhəri (Monqolustan) və s. Tədqiqatçıların fikrincə tərxan sözü Orxon - Yenisey abidələrindən başlayaraq, "yüksək rütbə, titul, ləyaqət, əsil - nəcabət" mənalarını ifadə edir. Kənd 1 dekabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

İsa MUSAYEV

Oxşar xəbərlər