01.07.2025, 12:36
AZ EN
13.12.2023, 09:24 392

Kəlbəcər rayonu, Bəzirxana kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Bəzirxana kəndi Zar kənd inzibati ərazi dairəsindədir.

Kənd Qarabağ yaylasının ətəyində yerləşir.

Azərbaycan dilinin qərb qrupu dialektlərində bəzir "kətan yağı, kətan toxumu" mənasında işlənir. Oykonim "kətan yağı və ya toxumu istehsal edilən yer" kimi izah oluna bilər. 1917-ci ildə Cavanşir qəzasında Birinci və İkinci Bəzirxana adlı iki kənd olmuşdur.Digər bir yerli məlumata görə bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib becərirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülmüşdür.

Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Ev himləri (özülləri) qazılarkən köhnə ev divarlarının qalıqları, alt-üst mərtəbəli qəbirlər, yerin altında gizlədilmiş bütöv saxsı küpələr və s. aşkar edilirdi.

Yeni kəndin bünövrəsini təxminən 1850-1860-cı illərdə (XIX əsrin ortalarında) Zəylik kəndindən gələn Kərbəlayı Hüseyin, Molla Həsən, Kərbəlayı Təhməz, Kəlbəcərdən gələn Şükürlər tayfasının ulu babası İsmayıl qoymuşlar.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər