Başkənd Murovdağ silsiləsinin ətəyində yerləşir. Yerli əhalinin verdiyi məlumata görə, XIX əsrin əvvəllərində Laçın rayonunun Alxaslı kəndindən gəlmiş Hacı Ələmşah adlı bir şəxs burada binə salıb. Sonralar onun törəmələri binə yerində daimi məskunlaşıblar. Kənd qonşu kəndlərə nisbətən yuxarıda yerləşdiyi üçün belə adlandırılmışdır.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir 2020-ci il noyabrın 25-dən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. İşğal dövründə kənd erməni vandalları tərəfindən darmadağın edilib.
Tahirə AĞAMİRZƏ