22.11.2024, 00:36
AZ EN
12.10.2023, 12:50 273

Laçın rayonu, Qozlu kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Laçın rayonunun Qozlu kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Laçın rayonunun Qozlu kəndi Təzəkənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qozlu kənd Soveti yaradılmışdır. 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Yaşayış məntəqəsi XVII əsrdə Qarabağdan köçürülmüş ailələrin Qozlu adlı yerdə məskunlaşması nəticəsində yaranmişdir. Oykonim "qoz ağacları ilə zəngin" mənasındadır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər