Dərəli - Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun Canbar kənd inzibati ərazi dairəsində kənddir. Kənd dağətəyi, gözəl təbiəti olan yerdə salınmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-İQ saylı Qərarı ilə Zəngilan rayonunun Canbar kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Dərəli kəndi adlandırılmışdır. Kəndin adı həmçinin rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Dərəli kəndi 2020-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
İsa Musayev