08.06.2025, 20:42
AZ EN
18.01.2023, 15:35 442

Füzuli RİH-də “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda Dəyirmi masa keçirilib

QARABAĞ
  • Bu gün Füzuli rayon İcra Hakimiyyəti və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Füzuli rayon təşkilatının inzibati binasında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümumilli Lider Heydər Əliyevin rolu” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının üzvləri ilə yanaşı, rayon ictimaiyyətinin ziyalıları və partiya fəalları da iştirak ediblər.
Dəyirmi masada Füzuli rayon İcra Hakimiyyəti başçısının müavini G.Eyvazova, YAP Füzuli rayon təşkilatının Sədri A.Həşimova, Zobucuq 3 ƏPT-nın fəal üzvü T.Süleymanov, Əməkdar müəllim Ü.Hüseynova, Təhsil Şöbəsi ƏPT-nın sədri R.Məmmədova, rayon Ağsaqqallar Şurasının sədri Z.Əliyev, rayon Mərkəzi xəstəxanasının Baş həkimi C.Qəhrəmanova mövzu ətrafında çıxış edərək bildiriblər ki, Ümumilli Lider Heydər Əliyev 20 Yanvar faciəsini, mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmiş, bu dəhşətli cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etmişdir.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər