16.04.2025, 13:58
AZ EN
17.11.2022, 08:00 339

Tərtərdə mina və müharibədən zərərçəkənlərin problemlərinin həllinə dəstək mövzusunda konfrans keçirilib

QARABAĞ
  • Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutan “Mina və müharibədən zərərçəkənlərin problemlərinin həllinə dəstək konfransının keçirilməsi” layihəsi çərçivəsində konfrans təşkil edib.

AMZA-nın təsisçisi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev çıxış edərək, torpaqlarımızın erməni işğalından azad olunmasından sonra ərazilərin minalardan, partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində həm dövlətin, həm də onun rəhbərlik etdiyi təşkilatın gördüyü işlər barədə ətraflı məlumat verib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Tərtər rayonu minadan ən çox zərərçəkən rayondur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün dövlətimiz o ərazilərin minadan təmizlənməsi, yenidən qurulması üçün böyük işlər görür. Eyni zamanda, Prezidentin tapşırığı və tövsiyəsi ilə şəhid ailələri, müharibə əlilləri, o cümlədən minadan və müharibədən zərərçəkənlər üçün də çox böyük sosial layihələr həyata keçirilir. Dövlətimiz həmişə sosial qayğıya ehtiyacı olan insanların yanında olub.

AMZA-nın sədri, layihənin rəhbəri Rey Kərimoğlu çıxış edərək layihənin əhəmiyyətindən və görülən işlərdən danışıb.

Sonra əsasən Ağdam, Bərdə və Tərtər rayonundan olan konfrans iştirakçılarının təklif və rəyləri dinlənilib. (AZƏRTAC)

Oxşar xəbərlər