20.07.2025, 06:11
AZ EN
19.07.2025, 17:40 35

Xocalı sakini: Kəndə köçəndən sonra ilk qonağımız Prezident oldu

QARABAĞ
  • “Uşaqlığım burada keçib. Kəndi tərk edəndə 13 yaşım var idi. Artıq doğulduğum, uşaqlığımın keçdiyi torpağımıza qayıtmışam".

Bunu Xanyurdu kənd sakini Rasim Cavadov söyləyib: “Çox sevinirik. Prezidentimizə minnətdarlığımı bildirirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların sayəsində biz doğma yurda qayıtdıq. Xanyurdu kəndinə köçəndən sonra ilk qonağımız Prezident oldu. Bizimlə çox səmimi görüşdü, söhbət elədi, xatirə şəkli çəkdirdik. Prezidentin kəndə gəlişi sevincimizə sevinc qatdı”. (APA)

Oxşar xəbərlər