22.11.2024, 15:51
AZ EN
09.01.2024, 11:52 360

Talış sakini: Səsvermədə işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış sakinlər olaraq iştirak edəcəyik

QARABAĞ
  • Bir aydan sonra ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçki ölkəmizin digər bölgələri ilə yanaşı, işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda da təşkil edilməsi ilə əlamətdar olacaq. Biz Talış kəndinin sakinləri uzun illərdən sonra doğma torpaqlarda səs verəcəyimiz üçün sevincliyik.

Bunu Talış kənd sakini Taleh Aslanov deyib. “Köçkünlük illərində Bərdə rayonunda məskunlaşmışdıq. Nəhayət, 30 ildən sonra ötən ilin martında doğma yurdumuza qayıtdıq. Artıq azad edilmiş ərazilərə, o cümlədən Talış kəndinə həyat yenidən qayıdıb. Doğma torpaqlara qayıtdığımız, gözəl evlə, şəraitlə təmin olmağımız üçün sevinirik. Həm də sevinirik ki, gələn ay keçiriləcək prezident seçkilərində işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış sakinlər olaraq iştirak edəcəyik”, – deyə Talış sakini bildirib.

Qeyd edək ki, fevralın 7-də Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri təyin keçiriləcək. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə üzrə 23 mindən artıq seçici səs verə biləcək. (AZƏRTAC)

Oxşar xəbərlər