23.10.2024, 01:33
AZ EN
05.11.2023, 09:31 187

Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir – Ağdamda tədbir

QARABAĞ
  • Ağdam rayonunun Quzanlı qəsəbəsində 8 Noyabr - Zəfər Günü münasibətilə “Tarixi zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” və “Ata vəsiyyəti və inamlı zəfər” mövzularında tədbir keçirilib.

Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərlərinin, şəhid ailələri və qazilərin, ziyalıların iştirak etdikləri tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri düzülüb.

Sonra məktəblilərin 8 Noyabr – Zəfər Gününə həsr olunan rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmasından, Ermənistan tərəfindən işğal olunmuş ərazilərin azad edilməsi məqsədilə dünyanın müxtəlif təşkilatları qarşısında qəti tələblər qoymasından, Ulu Öndərin siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatından, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığı nəticəsində qazanılan şanlı Qələbədən danışıblar.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin böyük təntənəsi olduğu vurğulanıb. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR