Bu barədə Xıdırlı kənd sakini Qurban Mustafayev danışıb.
O, sakinlərin kəndə qayıdışı ilə çoxillik həsrətə son qoyulduğunu vurğulayıb:
“Xıdırlı Ağdamın ən böyük kəndlərindən biridir. İşğaldan sonra kəndin sakinləri müxtəlif rayonlarda məskunlaşdılar. Camaatımız yalnız xeyir və yas mərasimlərində bir-birini görürdülər. Amma indi uzun illərin həsrəti sona çatdı.
Şükür, kənd camaatı yenidən birlikdədir. Ən əsası, daha övladlarımız da bir-birlərini tanıyıb mehriban qonşulara çevriləcəklər. Əhalinin qayıdışı ilə kəndimizin bütün müsbət ənənələri də bərpa olunacaq”. (Report)