"Bildiyiniz kimi, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bizim rəşadətli Ordumuz 2 il bundan öncə 44 günlük Vətən müharibəsində zəfər qazanmışdı. Artıq bu günlər bizim üçün daha da önəmli günlərdir. Məhz bu günlərdə Qarabağa qayıdışın ilk mərhələsini artıq yekunlaşdırmışıq. Ağalı sakinləri ilə birlikdə bu gün Zəngilan rayonunda Zəfər Gününü qeyd edirik. Əlbəttə ki, bu hisləri bizə bəxş etdiyinə görə biz hər zaman zabit və əsgərlərimizə, şəhidlərimizə, qazilərimizə borclu qalacağıq. Allah şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin, Allah bizim əsgər və zabitlərimizi qorusun!", -V.Hacıyev vurğulayıb." - deyə V.Hacıyev bildirib. ("Trend")