01.11.2025, 00:07
AZ EN
31.10.2025, 16:16 146

Xıdırlı sakini: Kəndimizdə yenidən gözəl günlər görəcəyik

QARABAĞ
  • "Bu kəndin çal-çağırlı günləri var idi. Müharibə burada hər şeyi yarımçıq qoydu".

Ağdam rayonu Xıdırlı kənd sakini Suğra Ağamirzəyeva deyib.

O, Xıdırlı kəndindən məcburi köçkün düşəndən sonra ağır şəraitdə yaşadıqlarını deyib: "Bir ana kimi bilmədim şəraitimiz haqda düşünüm, yoxsa cəbhədə döyüşən oğullarım barədə. Allahın bu gününə şükür! İndi kəndimizə qayıtmışıq. Bizə yaxşı şərait yaradılıb. İnşallah, kəndimizin gözəl günləri də qayıdacaq. Nəvələrimin, nəticələrimin toyun edəcəyik. Allah bir də bu ölkəyə, bu xalqa ağır günlər qismət eləməsin. Mənim 85 yaşım var. Prezident İlham Əliyevə minnətdarlığımızı bildirirəm. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazi balalarıma can sağlığı versin". (APA)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR