Ağdamın Sarıcalı kənd sakini Sahab İbrahimov: “Ağdam çox doğmadı, əzizdi, bütün ağdamlıları, sarıcalıları ürəkdən təbrik edirəm. Allah qoysa kəndimizdə yaxşı günlər görəcəyik”. 83 yaşlı Sahab kişi bunları söyləyərkən kövrəlir, sonra göz yaşları ilə gülümsəyir, deyir bizim yaşımız çoxdu, cavanlarımız o torpaqlarda yaşayıb-yaradacaq, xoş günlər görəcəklər. S.İbrahimov deyir ki, onun doğma torpaqlarda 40 hektar üzüm bağı olub. Ağdamlılar zəhməti sevəndilər. O da həmişə üzümçülükdə işləyib, gün-güzəranları yaxşı keçib...
Ağdamın Sarıcalı kənd sakini Səkinə İbrahimova: “Yaxşı qonşularımız vardı, çox mehriban dolanırdıq. Toyuq-cücə saxlayırdıq, kolxozda işləyirdik, dolanışığımız da yaxşı idi”. Səkinə nənənin 76 yaşı var. Deyir, elə bu xəbəri eşidəndən sevinc içində düşünürəm. Həm də deyirəm doğrudanmı biz yenidən kəndimizə qayıdacağıq, o günləri görəcəyik. Allah qismət eləsin. Bizə bu sevinci yaşadan Prezidentimiz var olsun!
Hazırladı: Mina RƏŞİD