Bunu açıqlamasında türkiyəli din xadimi Ahmed Erdem səsləndirib.
O, Azərbaycana Türkiyənin Qars şəhərindən gəldiyini bildirib:
"Bura mənim ata yurdumdur. Çünki ata babam Şuşa, ana babam isə Gəncə şəhərindəndir. 1918-ci ildə ermənilərin Qarabağda azərbaycanlılara qarşı törətdiyi soyqırımı zamanı Türkiyəyə mühacirət ediblər. Atalarımız ölən günədək Azərbaycan həsrəti çəkdilər. Mən indi bura gəlmişəm, həm atam, həm də anamın həsrətini çəkdiyi bu yerləri eyni zamanda onların adına ziyarət edirəm".
A.Erdem azad edilən ərazilərdə gördüklərinin insanlıq əleyhinə cinayət olduğunu və bu faktları dünyaya çatdırmağın zəruri olduğunu söyləyib:
"Ermənilərin Qarabağda təkcə tikililəri və təbiəti deyil, insanlığı da məhv etdiklərinin şahidi oldum. Burada olan mənzərə, bəşəri cinayətlərin qalıqları mütləq saxlanılmalı və dünyaya göstərilməlidir. Qoy bütün dünya bu vəhşiliyin nümunələrini real faktlarla görsünlər. Hər kəs ermənilərin insan, millət, təbiət və din qatili olduğunu daha yaxından tanısınlar". (Report)