Bunu açıqlamasında şəhər sakini Aqil Axundov deyib.
O, məcburi köçkünlük dövründə uzun müddət Sumqayıt şəhərindəki yataqxanalardan birində yaşadıqlarını bildirib:
"Çox çətin günlərimiz oldu, ağır şəraitdə üç övlad böyütdüm. Xocavənd işğal olanda qardaşım, qaynatam və nənəm şəhid olub. Özüm də müharibədə iştirak etmişəm. Çox şükür, bu gün öz yurdumuza döndük. Açığı, şəhərdə çox əla bir şərait yaradılıb, hər şey ürəyimizcədir. Daha nə istəyə bilərik?" (Report)