Milli Məclisin deputatı Vüqar Bayramovun növbəti görüşü Füzuli şəhərinin Qarabağ kəndinin sakinləri ilə olub. Görüş zamanı 30-dan çox seçicinin qayğıları dinlənilib və bəzi müraciətlərlə bağlı yerində qərarlar qəbul edilib.
Sakinlərin müraciətləri yol təmiri, mənzil təminatı, əlillik dərəcəsinin alınması, məşğulluq, pensiya məbləğinin yenidən hesablanması, bank kreditləri, səhiyyə xidməti, sosial təminat və digər mövzudan ibarət olub. Görüş ərəfəsində deputat bildirib ki, uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.
Vüqar Bayramov daha sonra Qarabağ kənd orta məktəbində müəllim heyəti və şagirdlər ilə də görüşüb və məktəbin direktoru Əlihüseyn Yaqubov ilə son illər bu təhsil müəssisəsinin əldə etdiyi uğurlarla bağlı müzakirələr aparılıb. Məktəbin müəllim heyətini maraqlandıran məsələlər də dinlənilib.
Deputat görüşün sonunda bildirib ki, kənd orta məktəbinin reallaşdırdığı layihələr uğurların davam edəcəyindən xəbər verir.
Tahirə AĞAMİRZƏ