Bunu erməni işğalından azad edilən Ağdam rayonunda Fransanın “Musulmans en France” xəbər portalının təsisçisi və baş redaktoru Jan Mişel Brun söyləyib.
İkinci səfərində Ağdamı tam fərqli gördüyünü söyləyən Jan Mişel Brun deyib: “Hiss edirəm ki, bu torpaqlara həyat yenidən qayıdır. Burada çoxsaylı yeni tikintilərə rast gəldim. Bir il əvvəl Ağdamın dağıdılmış Cümə məscidində də olmuşdum. Ümid edirəm ki, bütün işğaldan azad olunmuş ərazilər, o cümlədən bu məscid də uğurla bərpa olunacaq”.