Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hazırda müvafiq qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında kommunal xidmət sahəsində hər hansı bir problem yoxdur. İstehlakçıların dayanıqlı qaz, elektrik enerjisi, su ilə təmin olunması üçün işlər görülüb.
Yağan qar şəhərdə nəqliyyatın hərəkətində də hər hansı ciddi problem yaratmayıb. Yollar qardan təmizlənib, avtomobillərin hərəkəti normal qaydada davam edir. (AZƏRTAC)