26.01.2026, 09:10
AZ EN
22.12.2025, 14:05 68

Kolatağ sakini: Bu yerlərin təbiəti insanların ruhunu saflaşdırır

QARABAĞ
  • Bu yerlərin təbiəti insanların ruhuna saflıq bəxş edir.

Bunu Kolatağ kənd sakini Adil Hümbətəliyev deyib.

O, məcburi köçkünlük dövründə doğma kəndin həsrəti ilə yaşadıqlarını vurğulayıb:

"Köçkün olduğumuz illərdə də kəndimizi heç vaxt unutmadıq. Bu yerlərin təbiəti insanların ruhuna saflıq bəxş edir. 30 ildən çox keçsə də, bu torpaqların qoxusunu hər zaman xatırladıq. İndi çox sevincliyəm, bu hissləri, sadəcə, yaşamaq lazımdır. Bizim bu xoş günlərimiz uğrunda əziyyət çəkən hər kəsə təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm". (Report)

Oxşar xəbərlər