Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun da iştirakı ilə keçirilən tanışlıq zamanı Şuşanın tarixi, dağıdılmış abidələrin bərpası istiqamətində həyata keçirilən tədbirlər, şəhərin yenidən qurulması məqsədilə görülən işlər haqqında ətraflı məlumat verilib.
Özbəkistan nümayəndə heyəti qədim Azərbaycan şəhərinin bərpası və abadlaşdırılması işlərinin yüksək qiymətləndirildiyini qeyd edib. ("Report")