16.12.2025, 04:35
AZ EN
04.12.2025, 08:27 202

Ağdam sakinlərinin növbəti qəbulu keçirilib

QARABAĞ
  • Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon sakinlərinin müraciətlərini dinləmək məqsədilə növbəti qəbulunu keçirib.

Qəbulda rayonun müxtəlif ərazi vahidlərindən gələn sakinlər iştirak edərək onları narahat edən məsələləri, o cümlədən sosial, infrastruktur, məşğulluq və digər sahələrlə bağlı problemlərini ayrı-ayrılıqda şəxsən RİH başçısının diqqətinə çatdırıblar.

Bəzi problemlər dərhal yerindəcə operativ şəkildə həllini tapıb, daha geniş əhatəli və icrası vaxt tələb edən digər müraciətlərin həlli məqsədilə isə RİH başçısı tərəfindən müvafiq qurumların və şöbələrin aidiyyəti rəhbərlərinə konkret tapşırıqlar verilib.

Mina RƏŞİD

Oxşar xəbərlər