21 ailə olmaqla 88 nəfər Füzuli sakini doğma yurduna qovuşub.
Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıb.
Onlar doğma yurda qovuşmağın sevincini yaşayıb, daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək Vətənə qovuşmağın sevincini paylaşıblar. (AZƏRTAC)