31.10.2025, 18:42
AZ EN
31.10.2025, 11:05 146

I Qarabağ müharibəsinin iki itkin-şəhidi Xocalıda dəfn olunub

QARABAĞ
  • I Qarabağ müharibəsinin iki itkin-şəhidi Xocalıda dəfn olunub.

Xocalının işğalı zamanı gedən döyüşlərdə şəhid olan hərbçilər Hüseynov Çingiz Usub oğlu və Qəmbərov Səfər Qarsalan oğlunun qalıqları bu gün Xocalı şəhidlər xiyabanında dəfn edilib.

Hər iki şəxs Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilib. Onların nəşinin qalıqları 33 il sonra Xocalı ərazisində aparılan tikinti işləri zamanı aşkar edilib.

Mərasimdə Rayon İcra Hakimiyyətinin, hüquq - mühafizə orqanlarının rəhbərləri, Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar nazirliklərinin əməkdaşları, şəhid ailələri, müharibə istirakçıları və rayon ictimaiyyəti iştirak ediblər.

Qeyd edək ki, şəhidlərin nəşinin qalıqları ötən gün Goranboy rayonunda müvəqqəti məskunlaşan ailələrinə təhvil verilib və orada vida mərasimi keçirilib. Şəhidlərin xatirəsinə hərbi karvanı düzülüb, yaylım atəşi açılıb. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR