Milli Məclisin deputatı Bəxtiyar Əliyev Ağdamda vətəndaşları qəbul edib
QARABAĞ
Milli Məclisin deputatı Bəxtiyar Əliyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovla birlikdə rayonun Bənövşələr qəsəbəsində vətəndaşları qəbul edib.
Qəbulda iştirak edən sakinlərin müraciətləri ayrı-ayrılıqda dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı qeyd olunub.