30.07.2025, 02:53
AZ EN
29.07.2025, 14:00 206

Xıdırlı sakini: Kənddə yeni həyat üçün yaradılan şərait ürəkaçandır

QARABAĞ
  • Ağdam rayonunun Xıdırlı kəndinə qayıdan sakin orada yaradılan şəraitdən razı olduqlarını bildirib.

Bunu açıqlamasında Xıdırlı kənd sakini Aysel Hacıyeva deyib.

O, uzun müddət Biləcəri qəsəbəsindəki yataqxanada yaşadıqlarını, Xıdırlıya dönəcəkləri günü səbirsizliklə gözlədiklərini söyləyib:

"Kəndin yenidən qurulmasına başlanılan gündən Xıdırlıya qayıtmağa hazırlaşırdıq. Dünəndən əşyalarımızı toplayıb yola çıxacağımız saatı gözləyirdik.

İnanın, bu bir sutka bizə il kimi uzun gəldi. Burada yeni həyat üçün yaradılan şərait ürəkaçandır. Çox sevinir və dövlətimizə, ölkə başçısına bu qayğıya görə təşəkkür edirəm”. (Report)

Oxşar xəbərlər