14.07.2025, 23:03
AZ EN
14.07.2025, 17:04 111

Doğma yurda köçən şəhid anası: Şəhidlərimizin sayəsində bu torpaqlara ayaq basdığıma görə qürurluyam

QARABAĞ
  • Qürurluyam ki, şəhidlərimizin sayəsində bu torpaqlara ayaq qoyduq.

Bunu Xocalı rayonunun Təzəbinə kənd sakini Məruzə Fərəcova yurda köç zamanı deyib.

Sakin bütün şəhidlərə rəhmət diləyib:

“Mən özüm şəhid anasıyam. Allah bütün balaları qorusun. Şəhidlərə rəhmət, qazilərə şəfa diləyirəm. Prezidentimizə də çox minnətdarıq ki, bu günləri görə bildik”.

Qeyd edək ki, bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub. 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub. (Trend)

Oxşar xəbərlər