Bunu ərazidə olan AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşı, antropoloq Vüsal Həsənov deyib.
O bildirib ki, 50 kvadratmetr ərazidə dərinləşdirmə işləri aparılıb və 40-50 santimetr dərinlikdə 3 fərqli yerdə qalıqlar aşkar olunub.
"1 nöqtədə ən azı 2, digər nöqtələrin hərəsində 1 nəfər olmaqla azı 4 nəfərin qalıqları müəyyənləşdirilib. Dəqiq say, travma və digər əlamətlər, basdırılmış şəxslərin cinsiyyəti ilə bağlı məlumatlar ekspertiza zamanı müəyyən olunacaq. Lakin vəziyyət budur ki, burada dəfn əlamətləri yoxdur. İnsanlar öldürüldükdən sonra müxtəlif vəziyyətdə bura atılıb. Zamanla sümüklərdə dəyişikliklər baş verib. Anatomik ardıcıllıq pozulub. Sümüklər natamamdır, bəzi hissələri aşkar olunmayıb", - o qeyd edib. (APA)