20.10.2024, 02:27
AZ EN
30.03.2023, 18:25 196

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib

QARABAĞ
  • Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus avtomobil karvanının hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. 

Toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub. 

Belə ki, 1 minik və 36 təminat və təchizat avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət edib.

Bunun ardınca isə daha 6 yük avtomobili Laçından Xankəndi istiqamətinə maneəsiz keçib.

Bu isə bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. 

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 88-ə çatıb.("Report")

Oxşar xəbərlər