18.06.2025, 21:48
AZ EN
18.06.2025, 17:38 19

Nərgiz Babazadə: Doğma torpaqlarımızda təhsil almaq çox qürurverici hissdir

QARABAĞ
  • Xankəndi şəhərində yeni məktəbdə təhsil almaqdan çox məmnunam. Biz şəhidlərimizin və qazilərimizin sayəsində buradayıq. Doğma torpaqlarımızda təhsil almaq çox qürurverici hissdir.

Bu sözləri müsahibəsində Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nərgiz Babazadə deyib.

Məktəbdə istedadı, nizam-intizamı, oxumağı ilə fərqlənən Nərgiz ən çox xarici dilə və humanitar fənlərə maraq göstərir. Deyir ki, onu dostları və valideynləri motivasiya edir. Hələ ki, ixtisasını seçməyib, amma xaricdə təhsil almağı planlaşdırır.

Nərgiz Babazadə təkcə dərslərini yaxşı oxumaqla kifayətlənmir. O, məktəbin ictimai işlərində də fəal iştirak edir, musiqi və rəsm sahəsində istedadı ilə seçilir: “Beşinci sinifdə oxuyanda rəsm müsabiqəsində iştirak etmişəm. Qida təhlükəsizliyi barədə çəkdiyim rəsmlə qalib olaraq sertifikat almışam. Pianino ifa etməyi sevirəm. May ayında keçirilən uşaq incəsənət festivalında iştirak etmişəm. Onun nəticələri iyul ayında məlum olacaq. Boş vaxtlarımda şahmat oynamağı, pianino ifa etməyi, şəkil çəkməyi və kitab oxumağı xoşlayıram. Ən çox Azərbaycan və ingilis dillərində kitablar oxuyuram. İngilis dilində oxuduğum Şarlotta Brontenin “Ceyn Eyr” əsəri və Çarlz Dikkensin “Oliver Tvistin macəraları” ən çox sevdiyim kitablardır”. (AZƏRTAC)

Oxşar xəbərlər