Bunu “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfransda çıxış edən Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının sədri Unal Üstel deyib.
“Şimali Kipr Türk Cümhuriyyəti olaraq, Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı o qüruru biz də öz qəlbimizdə hiss etdik. Çünki bu zəfər bütün Türk dünyasının zəfəridir. Çünki bu zəfər qardaşlarımızın zəfəridir! Bu gün burada biz bir daha bəyan edirik ki, yeni dünyada Türk dünyası tək ürək, tək biləkdir! Bunu bütün dünyaya göstəririk! Biz təkcə bir millətin nümayəndələri deyilik, eyni zamanda, böyük bir sivilizasiyanın daşıyıcılarıyıq”, - deyə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri bildirib. (AZƏRTAC)