09.06.2025, 02:42
AZ EN
29.09.2022, 12:19 454

Beyin Mərkəzlərinin I Forumunun iştirakçıları Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar

QARABAĞ
  • Azərbaycan Beyin Mərkəzlərinin I Forumunun yerli və əcnəbi iştirakçıları sentyabrın 29-da Füzuli Beynəlxalq Hava Limanı ilə də tanış olublar.

Forum iştirakçılarına hava limanı barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanı istənilən tip təyyarəni qəbul etmək imkanına malikdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. (AZƏRTAC)

Oxşar xəbərlər