Bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Tur zamanı şahmatçılar Cıdır düzü və İsa Bulağı ilə tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, xatirə turnirində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) bayrağı altında mübarizə aparan Yan Nepomnyaşi rapid növündə 10, blitsdə isə hesabına 9 xal yazdırıb. O, yekunda 19 xalla turnirin baş mükafatını qazanıb. (Report)