22.09.2024, 03:34
AZ EN
12.06.2024, 17:06 159

Kənd təsərrüfatı nazirinin müavini Füzulidə vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

QARABAĞ
  • Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova iyunun 12-də Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Füzuli və Ucar rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, baytarlıq xidmətləri və digər məsələlərlə bağlı olub.

Nazir müavini İlhamə Qədimova hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra İlhamə Qədimova Füzuli Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi ilə görüşüb, iş prosesinin təşkili, yazlıq əkinlərin bəyanı prosesi ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.

Daha sonra nazir müavini İlhamə Qədimova Füzuli rayonunda salınmış müasir intensiv bağlara və çuğundur sahələrinə baş çəkib, əkin sahələrində və bağlarda müasir aqrotexniki qulluq qaydalarının tətbiqinin zəruriliyi, müasir bağçılığa dövlət dəstəyi mexanizmləri, məhsul ixracı barədə fermerlərlə fikir mübadiləsi aparıb. (AZƏRTAC)

Oxşar xəbərlər