Ağdam şəhərindən üzü dağlara doğru irəlilədikcə yolboyu Qarqarçayın, Şahbulaq dağının, Xaçınçay su anbarının ətrafında təbiətin yaratdığı müxtəlif rənglər, itburnu, böyürtkən, nar kolları, müxtəlif payız çiçəklərinin gözəllikləri insanı valeh edir. Füsunkar təbiətin qoynunda yerləşən Şahbulaq qalasının ətrafı isə özünəməxsus gözəlliyi ilə seçilir, qızılı boyalarla işlənən tablonu xatırladır. Qalanın yaxınlığında axan bulağın göz yaşı kimi dumduru suyunun toplandığı kiçik göl buraya xüsusi gözəllik verir. Ağacların sarı, qırmızı rəngləri göldə əks olunaraq insanda xoş ovqat yaradır.
AZƏRTAC-ın bölgə müxbiri Tahir Ağaməmmədovun Ağdam rayonundan çəkdiyi fotoları təqdim edirik.