Bu fikirləri Kəngərli kənd sakini Həsən Balakişiyev deyib.
Kəngərlinin işğalı zamanı 39 yaşı olduğunu xatırladan H.Balakişiyev hər zaman yurduna dönmək ümidilə yaşadığını bildirib.
"71 yaşım var, burdan gedəndə 39 yaşım vardı. Torpaqlarımız işğal olunanda hamı kimi mən də çox kədərlənmişdim. Düşünürdüm ki, hər nə qədər yaxşı şəraitimiz olsa da məcburi köçkün statusumuz olacaq. Ölkə başçısını bizə verdiyi ən dəyərli mükafat torpaqlarımızın işğaldan azad olunması, kəndimizə köçməyimizdir. İndi kəndimizə dönmüşük, sevincimiz sonsuzdur. Bu günümüzə şükür, artıq kəndimizin qoxusunu ala bilirik", - o əlavə edib. (Report)